İdman

gimnastikadan

başlayır

Bu dəfə Zirə və Naxçıvan bədii gimnastları məşqlərdə iştirak edirlər

17 yanvar 2023

Bu dəfə Zirə və Naxçıvan bədii gimnastları məşqlərdə iştirak edirlər

Milli Gimnastika Arenasının məşq zalı bu dəfə Zirə Mədəniyyət Mərkəzi və Naxçıvan Muxtar Respublikası Stadionunun bədii gimnastika bölməsinin üzvlərinin ixtiyarına verilib. 19 gimnastın iştirakı ilə keçirilən təlim-məşqlərdə idmançılara təcrübəli məşqçilərin rəhbərliyi altında ümumi və xüsusi fiziki hazırlıq və alət texnikası üzrə məşqlər keçirilir. Bununla yanaşı, mütəxəssislər tərəfindən gimnastların proqramlarının təkmilləşdirilməsinə diqqət yetirilir.
Qeyd edək ki, Zirə Mədəniyyət Mərkəzində 2015-ci, Naxçıvan Muxtar Respublikası Stadionunda isə 2016-cı ildən bədii gimnastika bölmələri fəaliyyət göstərir.