02 may 2025
Avropa kubokunun ikinci günündə fərdi gimnastların təsnifat mərhələsi başa çatdı. Çoxnövçülük üzrə böyüklər arasında baş tutan təsnifat yarışlarının nəticələrinə əsasən çarpaz qarşılaşmada mübarizə aparacaq 16 böyük fərdi gimnast müəyyənləşib. 1/8 final mərhələsində onlardan 8-i top, qalan 8-i isə halqa proqramı üzrə çıxış edəcək. Qaliblər öz növbəsində 1/4 final mərhələsinə vəsiqə qazanacaq. İndi isə sizə ulduz onaltılığı - qarşılaşacaq gimnastları təqdim edirik: Onofriçuk Taisiya & Seyidzadə Kamilla, Draqas Tara & Rona Lian, Karika Polina & Visner Hanna Panna, Rafaelli Sofiya & Valasevits Valeria, Piqnitski Fanni & Şalueva Aleksandra, Lisa Amalia & Verdes Andrea, Curaeva Lola & Nesterova Mişel, Munits Daniela & Malinova Dara.
Qarşılaşacaq idmançıların siyahısından göründüyü kimi çarpaz qarşılaşmalar çox maraqlı olacaq.
Hər birinizi Milli Gimnastika Arenasında bu həyəcana qoşulmağa dəvət edirik.