İdman

gimnastikadan

başlayır

Çempionatın səfiri sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbinə səfər edib

27 may 2021

Çempionatın səfiri sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbinə səfər edib

Aerobika Gimnastikası üzrə 16-cı Dünya Çempionatının səfiri 4-qat dünya çempionu olmuş rusiyalı məşqçi Vladislav Oskner çempionat çərçivəsində baş tutmuş bir sıra tədbirlərdə iştirak edib.

Bu gün Oskner “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbin”də olub.

Tədbir zamanı V. Osknerə məktəbdə uşaqlar üçün yaradılmış şərait haqqında məlumat verilib. Daha sonra məktəbin şagirdləri öz bacarıqlarını nümayiş etdiriblər.

Səfərin sonunda uşaqlara hədiyyələr təqdim olunub.