İdman

gimnastikadan

başlayır

ÇAO TURİN, SALAM BAKI!

07 iyun 2008

ÇAO TURİN, SALAM BAKI!

Bədii gimnastika üzrə növbəti 25-ci Avropa Çempionatı Bakıda keçiriləcək! Bu gün Turində başa çatmış bu ilki Avropa birinciliyinin bağlanış mərasimində bu haqda rəsmi olaraq məlumat verilmişdir. Avropa Gimnastika İttifaqının prezidenti Dimitrios Dimitropulos bunun əlaməti olaraq həmin ittifaqın bayrağını Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənova təqdim etmişdir. Ehtimala görə, Avro-2009 Bakıda may ayının ortalarında keçiriləcək. Turində keçirilən Avropa Çempionatının bağlanış mərasimi və bayrağın Azərbaycana təqdim olunmasından əvvəl, qrup komandaları arasında final mərhələsi keçirilmişdir. Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolovadan ibarət Azərbaycan komandası çoxnövçülüyün yekununa görə hər iki finalda iştirak etmək hüququ qazanmışdır.

Komandamız 5 iplə heç bir səhvə yol vermədən çox gözəl çıxış nümayiş etdirmişdir. Həmin çıxışa görə, onlar 16.625 xal toplamış və həm öz, həm də hətta komandımızı dəstəkləmək üçün Azərbaycan dilində sözlər əzbərləmiş Rusiya azarkeşləri tərəfindən sürəkli alqışlarla qarşılanmışlar.

Təsəvvür edin ki, 4-cü yer tutmuş İspan gimnastları bizim qızları cəmi 0.05 xalla qabaqlamışlar! Nəticədə - zəif çıxış nümayiş etdirmiş Rusiya və Ukrayna komandalarını qabaqlayaraq, komandamız final cədvəlində 6-cı yerdə qərarlaşmışdır.

Bu alətlərlə isə Avropa Çempionu İtaliya komandası oldu – zalda çoxluq təşkil edən yerli publikanın sevincinin həddi-hüdudu yox idi. “Gümüş” medal Belarus, bürünc medallar isə Bolqarıstan tərəfindən qazanılmışdır

3 halqa/4 gürzlə hərəkətlərdə komandamız yalnız bir, lakin ciddi səhvə yol vermişdir - halqa xalçadan kənara çıxmışdır, bu isə hakimlər tərəfindən cox ciddi surətdə cəzalandırılır – nəticədə 8-ci yer (15.925 xal).

Qaliblərə gəlincə isə İtaliya var gücü ilə çalışırdı ki, iki qızıl mükafatı əldə etsin. Lakin Rusiya ikinci çıxışda özünü topladı və 2,5 dəqiqə ərzində bunu bir nəfəsə etdi. Belarus və İspaniya onların rəqabətinə qarışmayaraq üçüncü yer uğrunda mübarizə apardılar. Hər iki kvintet eyni xallar toplamış, lakin əlavə göstəricilərə əsasən bürünc medal Minska aparılmişdır. Çempionat isə Qala konsert ilə başa çatmış və burada digər tanınmış gimnastlarla yanaşı halqa və topun sintezindən ibarət çox gözəl kompozisiya nümayiş etdirmiş Dinarə Gimatova da çıxış etmişdir.