İdman

gimnastikadan

başlayır

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının bağlanış mərasimi keçirilib

15 iyun 2014

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının bağlanış mərasimi keçirilib

 

Bakıda bədii gimnastika üzrə 30-cu Avropa çempionatının bağlanış mərasiminə həsr olunmuş qala-konsert keçirilib.

Qala-konsertdə yubiley çempionatda iştirak edən bir sıra komandaların gimnastları çıxış ediblər. Onlar rəngarəng və yaddaqalan şou təqdim ediblər. Çıxışlar həm fərdi, həm də komanda şəklində olub.

Qala-konsertdən sonra Avropa Gimnastika İttifaqının bayrağının Azərbaycan tərəfindən növbəti Avropa çempionatının keçiriləcəyi Belarusa təqdim edilməsi mərasimi olub.

Sonda Tünzalə Ağayevanın ifasında mahnı səsləndirilib.