06 aprel 2010
Azərbaycan Gimnastika Federasiyası həyatını 83-cü ilində bitirmiş Əkrəm Ələkbər oğlu Əskərovun vəfatı ilə əlaqədar olaraq Əskərovlar ailəsinə öz baş sağlığını bildirir.
Mərhum Gəncədə tanınmış 4 saylı məktəbin direktoru idi, məktəb proqramına gimnastika dərslərinin ayrıca bir növ kimi daxil olunmasının təşəbbüskarı olmuşdur. Ölkənin əməkdar müəllimi respublika yarışlarının tamaşaçısı, dəfələrlə şəhər turnirlərinin təşkilatçısı olmuşdur.
Əkrəm Əskərov həmişəlik bizim yaddaşımızda hörmətli və sevimli bir insan kimi qalacaq.
Allah rəhmət eləsin!