İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASI PREZİDENTİNİN ÜNVANINA TƏBRİK

26 avqust 2015

AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASI PREZİDENTİNİN ÜNVANINA TƏBRİK

26 avqust – Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın ad günüdür.

Hörmətli Mehriban xanım!

Azərbaycan Gimnastika Federasiyasının kollektivi Sizi ad gününüz münasibətilə təbrik edir!

Gimnastlar və məşqçilər, həmçinin gimnastika sahəsində çalışan hər bir şəxs, Sizin dəstəyinizi gündəlik işlərində hiss edir və bu bizim hər birimizə əlavə güc verir.

Bu gün, bu diqqətə, dəstəyə və qayğıya görə Sizə öz minnətdarlığımızı bildiririk. Ölkəmizdə gimnastlarımız üçün yaradılmış şərait və beynəlxalq arenada qazanılan uğurlar məhz bunun nəticəsidir.

Sizin gimnastlarımızla hər bir görüşünüz, gimnastika ailəsi üçün bir bayrama çevrilir. Bu ailənin hər bir üzvünü, Sizinlə - ölkədə idmanın inkişafında, Azərbaycan mədəniyyətinin onun hüdudlarından kənarda təbliğində əvəzsiz töhfəsi olan, zərif və eyni zamanda güclü qadınla - görüşlərin təəssüratı uzun müddət tərk etmir.

Sizin rəhbərliyiniz altında, Bakıda 1-ci Avropa Oyunlarının - Avropa idmanının bu möhtəşəm tədbirinin müvəffəqiyyətlə təşkili - idmançılarımızın gələcək uğurlarının və ölkədə idmanın davamlı inkişafının təminatıdır.

Avropa qarşısında duyduğumuz qürür hissinə görə Sizə minnətdarıq!

Sizə, səmimi qəlbdən möhkəm can sağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayırıq. Əminik ki, sevimli Azərbaycanımızın hələ çox uğurları və nailiyyətləri Sizin adınızla bağlı olacaq!

Azərbaycan Gimnastika Federasiyasının kollektivi