24 dekabr 2011
Zati-Aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına!
Möhtərəm cənab Prezident!
İcazə verin, Azərbaycan Gimnastika Federasiyasının kollektivi və ölkənin gimnastika ictimaiyyəti adından Sizi 50 yaşınız münasibətilə təbrik edək!
Sizə ən xoş hisslərimizi çatdırır, müdrik və uzaqgörən rəhbərliyiniz altında Azərbaycanın inkişafı naminə başlanılan bütün tədbirlərin tezliklə və uğurla həyata keçirilməsində Sizə müvəffəqiyyətlər arzulayırıq!
Eyni zamanda Milli Olimpiya Komitəsinin rəhbəri kimi Azərbaycan idmanının daima güclənməsində, bəşəri nüfuzunun artmasında və beynəlxalq imicinin yüksəlməsində Sizə böyük qələbələr arzulayırıq!
Möhtərəm cənab Prezident!
Sizə və ailənizə səadət, müvəffəqiyyətlər və uzun ömür arzulayırıq!
Hörmətlə,
Azərbaycan Gimnastika Federasiyası