26 avqust 2014
Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Hörmətli Mehriban xanım,
Gimnastika Federasiyasının kollektivi Sizi ad gününüz münasibətilə təbrik edir!
Ölkəmizin mədəniyyət və incəsənət, səhiyyə və təhsil, elm və idman sahələrindəki böyük uğurları Sizin adınızla bağlıdır. Bundan əlavə, məhz Sizin sayənizdə Azərbaycan, dünyada bədii gimnastika mərkəzlərindən biri kimi tanınır. İdmançılarımızın uğurlu çıxışları və Bakıda irimiqyaslı yarışların mükəmməl təşkilatçılığı ölkə tarixində daha bir dönüş nöqtəsi kimi qeydə alınıb.
Belə usanmaz və səmərəli fəaliyyətinizin davam etməsini, sevincli günlər və xoş xəbərlərin Sizi daima müşayiət etməsini diləyirik.
Sizə və ailənizə can sağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayırıq.