İdman

gimnastikadan

başlayır

Daha 7 medal 

03 aprel 2023

Daha 7 medal 

30 mart-3 aprel tarixlərində Polşanın Krakov şəhəri batut gimnastikası və tamblinq üzrə 10-cu Vavel beynəlxalq turnirinə ev sahibliyi edib. 
Yarışda ölkəmizi həm batut gimnastikası, həm də tamblinq üzrə təmsil edən idmançılarımız uğurla çıxış edərək komandamızın aktivinə 4 qızıl, 2 gümüş, 1 bürünc medal yazdırıblar. 10 idmançımızın hər biri finalda mübarizə aparmaq imkanı qazanıb. 
Yığma komandamızın üzvü Ammar Baxşaliyev (13-14 yaş, batut gimnastikası), Nicat Mirzəyev (15-16 yaş, batut gimnastikası), Aleksey Karataşov (15-16 yaş, tamblinq) və Bilal Qurbanov (böyüklər, tamblinq) bütün rəqiblərini üstələyərək qızıl medal sevincini yaşayıblar. 
Fərhad Mustafayev (11-12 yaş, batut gimnastikası) və Tofiq Əliyev (böyüklər, tamblinq) yarışı gümüş medalla başa vurublar. 
Böyüklər arasında qüvvəsini sınayan tamblinqçimiz Adil Hacızadə isə bürünc medala layiq görülüb. 
Hüseyn Əsədullayev (tamblinq, böyüklər) və Əli Niftəliyev (15-16 yaş, batut gimnastikası) medalın bir addımlığında büdrəyərək çıxışını 4-cü pillədə yekunlaşdırıb. 
Batut gimnastikası üzrə təmsilçimiz İbrahim Mustafazadə isə 13-14 yaş kateqoriyasında təsnifat mərhələsini 1-ci pillədə başa vuraraq finala adlasa da, həlledici mərhələdə təəssüf ki, istədiyi nəticəni əldə edə bilməyib. İdmançımız 8-ci pillədə qərarlaşıb.