16 mart 2017
Azərbaycan gimnastı Murad Ağarzayev Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında final mərhələsinə yüksəlib.
Trend-in məlumatına görə, yarışda paralel qollarda hərəkətlərdə o, 13.433 xal toplamaqla finala çıxıb.
Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edəcək.
“Trend” İnformasiya Agentliyi, 16 mart 2017-ci il