İdman

gimnastikadan

başlayır

Daha bir uğurlu nəticə

19 mart 2024

Daha bir uğurlu nəticə

Dünya kubokunun ardınca 16 və 17 mart tarixlərində Niderlandın Alkmaar şəhərində batut gimnastikası üzrə “Dutch Trampoline Open” 2024 beynəlxalq turniri keçirilib.
Bu yarışda da millimizin təcrübəli üzvü Selcan Mahsudova ümidləri doğruldub. İdmançımız Dünya kubokunda olduğu kimi burada da hamıdan güclü olduğunu sübuta yetirib.
Fərdi proqramda daha bir qızıl medalı Ömər Qasımlı qazanıb. Ammar Baxşaliyev və Samirə Hüseynova isə gümüş medala sahib çıxıblar.
Sinxron proqramda çıxış edən Əli Niftəliyev və Ammar Baxşaliyev də fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Millimizin digər üzvləri Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş, Fərhad Mustafayev və İbrahim Mustafazadə isə bürünc medala sahib çıxıblar.