İdman

gimnastikadan

başlayır

Dohada idman gimnastikası üzrə növbəti Dünya Kuboku yekunlaşdı

26 mart 2017

Dohada idman gimnastikası üzrə növbəti Dünya Kuboku yekunlaşdı

Bakı FIG Dünya Kubokunun ardınca idman gimnastikası üzrə yığma komandamızın üzvləri növbəti Dünya Kuboku mərhələsində iştirak etmək üçün Qatarın Doha şəhərinə yollanıblar.

22-25 mart tarixlərində baş tutmuş bu yarışda ölkəmizi kişi idman gimnastları Murad Ağarzayev, Bence Talas, qadın idman gimnastları Yuliya İnşına və Yekaterina Tişkova təmsil edib.

Ötən ildən etibarən böyüklər proqramında çıxış edən Murad Ağarzayev sərbəst hərəkətlərdə 13.466 xalla, Bence Talas isə halqalarda 14.133 xalla  ilk 10-luğa düşüblər.

İdmançılarımızdan ən yaxşı nəticəni Yuliya İnşına göstərib. O, dayaqla tullanmada hərəkətlərinə görə hakimlərdən 13.133 xal alaraq finalda 6-cı yerdə qərarlaşıb