İdman

gimnastikadan

başlayır

Dohadan bürünc medal

04 mart 2022

Dohadan bürünc medal


Martın 2-də Qətərin Doha şəhərində idman gimnastikası üzrə Dünya kubokuna start verilib. Yarışda Azərbaycanı yığma komandanın üzvləri Nikita Simonov və İvan Tixonov təmsil edirlər. 

Yarışların üçüncü günündə gimnastımız Nikita Simonov uğurla çıxış edərək halqa ilə hərəkətlərin icrasında bürünc medal qazanıb. 

Digər təmsilçimiz İvan Tixonov parallel qollar və turnik hərəkətlərinin icrasında finala mübarizə apararaq 4-cü pillədə qərarlaşıb.