İdman

gimnastikadan

başlayır

Dünya çempionatı başa çatıb 

19 iyun 2022

Dünya çempionatı başa çatıb 

Portuqaliyanın Qimarayeş şəhəri aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları yarışlarının ardınca bu növ üzrə böyüklər arasında dünya çempionatına ev sahibliyi edib. 
İyunun 16-dan 18-dək keçirilən yarışda ölkəmizi yığma komandamızın üzvləri Ayxan Əhmədli, Rauf Hacıyev, Nigar Mir Cəlallı, Nəzrin Mustafayeva, Mədinə Musatafayeva, Sənan Mahmudlu, Xədicə Quliyeva və Vladimir Dolmatov təmsil ediblər. 
Yarışda ən yüksək nəticəni millimizin 8 üzvündən ibarət olan aerodans komandası göstərib. Belə ki, təmsilçilərimiz 7-ci pillədə qərarlaşıblar. 
Fərdi yarışlarda kişilər arasında Vladimir Dolmatov 9-cu, qadınlar arasında Mədinə Mustafayeva 17-ci olub. Vladimir Dolmatov və Mədinə Mustafayevadan ibarət qarışıq cütlüyümüz isə 12-ci yeri tutub.