İdman
gimnastikadan
başlayır
10 noyabr 2025
5-9 noyabr tarixlərində İspaniyanın Pamplona şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında batutçularımız bürünc medalın sahibi olub.
Belə ki, sinxron proqramda çıxış edən Selcan Mahsudova və Mahsud Mahsudov 50.070 xalla Dünya çempionatını bürünc medalla başa vurub.
Həmçinin, Selcan Mahsudova fərdi proqramda Dünya beşincisi olub.
Gimnastlarımızı bu uğurlu qələbə münasibətilə təbrik edirik!