İdman

gimnastikadan

başlayır

Dünya kuboku davam edir 

08 mart 2024

Dünya kuboku davam edir 

Dünən ölkəmizdə start götürən idman gimnastikası üzrə Dünya kuboku davam edir. Bu gün, yarışın ikinci təsnifat günündə kişilər dayaqlı tullanma, dəstəli at, turnik, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlərdə qüvvələrini sınayıblar. 
Təmsilçilərimiz arasında ən yaxşı nəticəni İvan Tixonov qazanıb. O, dayaqlı tullanmada 16-cı pillədə qərarlaşıb. Gimnastımız turnikdə və dəstəli atda da proqramını təqdim edib. Komandamızın gənc üzvləri Mənsum Səfərov turnikdə, Rəsul Əhmədzadə dəstəli atda çıxışını nümayiş etdirsə də finalçılar sırasında yer ala bilməyiblər. 
Qadınlar arasında təmsilçimiz Nazənin Teymurova sərbəst hərəkətlərdə 21-ci (12.500), gimnastika tirində isə 29-cu (11.600) nəticəni göstərib. 
Sabah keçiriləcək final günündə kişilər arasında sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadınlar arasında isə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar üzrə qaliblər müəyyənləşəcək.