07 fevral 2019
Batut Gimnastikası və Tamblinq üzrə Dünya Kubokuna sayılı günlər qala yarış meydançasında artıq canlanma hiss olunur. Belə ki, milli komandamızın üzvləri və təlim-məşq toplanışı üçün Bakıya digər ölkələrdən daha tez gəlmiş Qazaxıstan, Özbəkistan və Bolqarıstan komandaları Milli Gimnastika Arenasında məşqlərə start veriblər.
Qeyd edək ki, 11 fevral tarixində arenada kubokun yoxlama-məşq toplanışı keçiriləcək. Bu toplanışda Avstraliya, Yeni Zellandiya, İsveçrə və Gürcüstan komandalarının da iştirakı gözlənilir.
Xatırladaq ki, Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli Dünya Kubokunda (16-17 fevral) 31 ölkənin 300-ə yaxın gimnastı mübarizə aparacaq.