İdman

gimnastikadan

başlayır

Dünya kubokundan qızıl medal

16 mart 2024

Dünya kubokundan qızıl medal

13-14 mart tarixlərində Niderlandın Alkmaar şəhəri batut gimnastikası üzrə Dünya kubokuna ev sahibliyi etdi. Yarış komandamızın üzvü Selcan Mahsudovanın uğurlu çıxışı ilə yadda qaldı.
Fərdi proqramda çıxış edən millimizin təcrübəli üzvü bir sıra güclü ölkələrin təmsilçilərini geridə qoyaraq Dünya kubokunun qızıl medalına (54.400 xal) sahib çıxdı.
Sinxron proqramda çıxış edən Hüseyn Abbasov və Nicat Mirzəyevin də çıxışını qənaətbəxş hesab etmək olar. Təmsilçilərimizin böyüklər arasında yarışlarda bu ildən etibarən iştirak etmələrini nəzərə alsaq, onların final mərhələsinə yüksələrək 4-cü pillədə (38.740 xalla) qərarlaşmalarını kifayət qədər uğurlu hesab etmək olar.  
Fərdi proqramda təmsilçilərimiz Nicat Mirzəyev 14-cü, Mehdi Əliyev 19-cu, Hüseyn Abbasov isə 20-ci oldu.