İdman

gimnastikadan

başlayır

Dünya yarışlarında gimnastlarımızdan uğurlu nəticələr

16 noyabr 2025

Dünya yarışlarında gimnastlarımızdan uğurlu nəticələr

10–17 noyabr tarixlərində İspaniyanın Pamplona şəhərində batut gimnastikası və tamblinq üzrə 31-ci Dünya yaş qrupları yarışları keçirilib. Yarışda ölkəmizi tamblinq üzrə təmsil edən gimnastımız Sənan Rzazadə 22.200 xalla qızıl medalın sahibi olub.

Batut gimnastikası üzrə sinxron proqramda Ömər Qasımlı və Fərhad Mustafayev 45.440 xalla bürünc medala layiq görülüblər.

Eyni tarixlərdə keçirilən Gənclər arasında Dünya çempionatında isə batut gimnastikası üzrə sinxron cütlüyümüz Ammar Baxşalıyev və İbrahim Mustafazadə 47.350 xalla bürünc medal əldə ediblər.

Bu, Gənclər arasında keçirilən Dünya çempionatında qazandığımız ilk nailiyyətdir.

Gimnastlarımızı təbrik edirik!