İdman

gimnastikadan

başlayır

Dünya yaş qrupları yarışlarından iki medal

23 noyabr 2022

Dünya yaş qrupları yarışlarından iki medal

Noyabrın 23-dən 26-dək Bolqarıstanın paytaxtı Sofiyada batut gimnastikası üzrə 29-cu Dünya Yaş Qrupları Yarışları keçirilir.
Azərbaycan gimnastları üçün yarışların ilk günü uğurla başa çatdı. 13-14 yaş kateqoriyasında mübarizə aparan Əli Niftəliyev Olimpiya növü olan fərdi proqramda 51.540 xal toplayaraq gümüş medal qazandı. 11-12 yaş kateqoriyasında sinxron proqramda çıxış edən Əmmar Baxşəliyev və Fərhad Mustafayevdən ibarət kişi cütlüyü bürünc medal qazandı. 13-14 yaş kateqoriyasında sinxron proqramda - Samirə Hüseynova və Səma Cəfərova da öz bacarıqlarını nümayiş etdirdilər. Sinxron proqramda 11-12 yaş kateqoriyasında çıxış edən gimnastlar finala yüksələrək 4-cü yerdə qərarlaşdılar. Həçminin 13-14 yaş kateqoriyasında çıxış edən Mustafayev İbrahim, Şabanova Ayan və Hümbətova Şəfiqə fərdi proqramda öz çıxışlarını nümayiş etdirdilər.