İdman

gimnastikadan

başlayır

BOLQARISTANDAN 8 MEDAL…

16 dekabr 2013

BOLQARISTANDAN 8 MEDAL…

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bildirir ki, daha çox mükafat 15 yaşlı bakılı idmançı Nülufər Niftalıyevanın hesabındadır. O, halqa və gürzlərlə hərəkətlərdə qalib gəlib, həmçinin çoxnövçülük üzrə yarışda ən yaxşı hesab edilib. Yalnız topla kombinasiya onu iddialarından bir qədər geri çəkilməyə vadar edib və bu yarışda ikinci yerə çıxıb.

Lentlə hərəkəti yerinə yetirdikləri yarışda yenə də azərbaycanlı idmançı ön sıraya çıxıb. Nəticədə Gülsüm Şəfizadə öz rəqiblərinə heç bir şans qoymayaraq fəxri kürsünün birinci pilləsinə qalxıb.

Yeniyetmələrdən ibarət qrup komandası Varnadan üç medalla qayıdıb. Bunu milli komandanın baş məşqçisi Mariana Vasileva bildirib. Cənnət Məmmədova, Səbinə və Samirə Əliyevalar, Emiliya Bağıyeva və Səbinə Hümmətovadan ibarət 14 yaşlı kollektiv 5 cüt gürzlə çıxış edərək qalib Rusiya komandasından sonra ikinci yeri tutub. 5 halqa və çoxnövçülük üzrə yarışda qızlar üçüncü yeri tutublar.

Komanda Çində 2-ci Yeniyetmələrin Olimpiya Oyunları üzrə seçmə yarışlara hazırlaşırlar. Təsnifat yarışı fevralın sonunda Moskvada keçiriləcək.

Baş məşqçi bildirib: "Biz yola saldığımız ilin sonunda yeni proqramımızı nümayiş etdirməyə risk etdik və mən həm mütəxəssislərdən, həm də həvəskarlardan onlar haqqında müxtəlif fikirlər eşitdim. Müsbət rəylər sevindirir, amma, əlbəttə ki, tənqidləri də nəzərə almaq lazımdır. İyunda Bakıda keçiriləcək Avropa çempionatının kulminasiya olacağı növbəti mövsümün başlanmasından əvvəl, yaxın iki ayda bizi çox ciddi hazırlıq gözləyir".