İdman

gimnastikadan

başlayır

Ən güclü səkkizlikdə

07 iyun 2023

Ən güclü səkkizlikdə

1-4 iyun tarixlərində idman gimnastları İsrailin Tel-Əviv şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya kubokunda toplaşıblar. Yarışda ölkəmizi gimnastlarımız Nazənin Teymurova və Samirə Qəhrəmanova təmsil ediblər.
Bolqarıstanın Varna şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya kubokunda olduğu kimi, bu yarışda da idmançımız həlledici mərhələyədək yüksələ bilib.
Ötən ildən etibarən böyüklər arasında çıxış etməyə başlayan gənc gimnastımız sərbəst hərəkətlərin icrasında ən güclü 8-likdə mübarizə apararaq yarışı 7-ci pillədə başa vurub.