İdman

gimnastikadan

başlayır

Ənənəvi “Dostluq yarışı”ndan medallar

16 oktyabr 2023

Ənənəvi “Dostluq yarışı”ndan medallar

13-14 oktyabr tarixlərində Çex Respublikasının Yablones nad Nisou şəhəri “Friendship-2023” beynəlxalq turnirinə ev sahibliyi edib. Ənənəvi “Dostluq yarışı”nda ölkəmizi batut gimnastikası üzrə yığma komandamızın üzvləri Fərhad Mustafayev, Ayan Şabanova, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Mehdi Əliyev, Ömər Qasımlı, Samirə Hüseynova, Nicat Mirzəyev təmsil ediblər. Komandamızın üzvləri Fərhad Mustafayev və Ömər Qasımlı, eləcə də Əli Niftəliyev və Mehdi Əliyev cütlüyü sinxron proqramda qızıl medallara layiq görülüblər. Hüseyn Abbasov və Nicat Mirzəyev isə sinxron proqramda gümüş medal qazanıb. Təmsilçimiz Hüseyn Abbasov fərdi proqramda da eyni uğura imza ataraq ikinci olub.