İdman

gimnastikadan

başlayır

Ənənəvi turnirdən medal sevinci

25 fevral 2024

Ənənəvi turnirdən medal sevinci

23-25 fevral tarixlərində Rumıniyanın Ployeşti şəhərində 23-cü “Irina Deleanu Cup” beynəlxalq turniri keçirilib. Ənənəvi yarış bədii gimnastlarımızın uğurlu çıxışları ilə yadda qalıb. Milli komandanın məşqçisi Aliyə Paşayeva və məşqçi Nərmin Cahangirovanın rəhbərliyi altında yarışa yola düşən ən zərif gimnastika növünün təmsilçiləri ölkəmizə bu növ üzrə medallar qazandırıblar. Komandamızın aktivinə ilk medalı gənc gimnastlarımız Nəzrin Abdullayeva, Ayan Sadıqova və Sofiya Məmmədova yazdırıblar. Gimnastlarımız komanda hesabında fəxri kürsünün ikinci pilləsində yer alıblar. Milli komandamızın gənc üzvləri fərdi proqramda da fərqləniblər. Sofiya Məmmədova topla gümüş, halqa ilə hərəkətlərin icrasında bürünc medal qazanıb. Nəzrin Abdullayeva isə gürzlərlə hərəkətlərin icrasında bürünc medal əldə edib. Böyüklər arasında çıxış edən İlona Zeynalova çoxnövçülük proqramında yarışı üçüncü pillədə başa vurub. Bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Nəzrin Cəfərzadə turnirdə ölkəmizi hakim kimi təmsil edib.