İdman

gimnastikadan

başlayır

Aerobika gimnastikası üzrə Estoniya Kuboku

26 oktyabr 2015

Aerobika gimnastikası üzrə Estoniya Kuboku

Estoniyanın simal-şərqində yerləşən Koxtla-Yavr şəhərində aerobika gimnastikası üzrə açıq kubok yekunlaşdı. 

Bu yarış  7 və 8 noyabrda Portuqaliyanın Elvas şəhərində keçiriləcək Avropa çempionatından öncə Azərbaycan yığma komandasının üzvləri üçün yoxlama xarakterli turnir olub.

Vladimir Dolmatov fərdi proqramda (19.3 xal), cütlük tərkibində Vera Bosıxla (19.05 xal), qrup tərkibində Aynur Cabbarlı, Elçin Məmmədov və Timur Ələkpərovla birgə (19.7 xal) Belarusdan olan gimnastları üstələyərək, hər 3 kateqoriya üzrə kuboka layiq görülüb.