İdman

gimnastikadan

başlayır

Bakıda Aerobika Gimnastikası üzrə Avropa Çempionatı açıq elan olundu

24 may 2019

Bakıda Aerobika Gimnastikası üzrə Avropa Çempionatı açıq elan olundu

Bakıda, Milli Gimnastika Arenasıında aerobika gimnastikası üzrə 11-cı Avropa Çempionatının təntənəli açılış çərasimi baş tutub.

Avropa Gimnastika İttifaqının prezidenti, Fərid Qayıbov açılış mərasimində çıxış edib. O, açılış sözündə Bakıda ilk dəfə bu gimnastika növü üzrə Avropa Çempionatının keçirildiyini vurğulayıb.

“Gördüyünüz kimi, yarışlar yüksək səviyyədə təşkil olunub. Buna görə, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Mehriban xanım Əliyevaya, Təşkilat Komitəsinin bütün üzvlərinə, könüllülərə və azarkeşlərə öz minnətdarlığımı bildirirəm”, deyə Qayıbov qeyd edib.

Rəsmi açılış mərasimindən sonra, gimnastika növləri üzrə yığma komandaların üzvlərinin, xoreoqraflarının iştirakı ilə möhtəşəm şou təqdim olunub.

Yarışların ilk günü çərçivəsində gənc gimnastlar arasında aerodans, kişi və qadınların fərdi çıxışları, qarışıq cütlüklər, üçlüklər və  qrupların təsnifat yarışları baş tutub.