İdman

gimnastikadan

başlayır

YENİ İL ƏRƏFƏSİNDƏ

17 dekabr 2012

YENİ İL ƏRƏFƏSİNDƏ

Azərbaycan gimnastı Aliyə Qarayeva ölkənin Milli Olimpiya Komitəsinin (MOK) bu il təsis etdiyi "Fair Play" mükafatının qalibi olub. MOK-un vitse-prezidenti Xəzər İsayevin başçılıq etdiyi xüsusi komissiya Qarayevanı ədalətli oyun prinsiplərinə sadiq idmançı qismində seçib.

"Fair Play" ideyası Moskvada keçirilən Beynəlxalq "Spartak" Kubokunda da əsas amillərdən biri olub. Qarayeva yarışların ikiqat qalibi adına layiq görülüb. O, final yarışlarında halqa (28.9) və lentlə (29.1) hərəkətlərdə yüksək ballar toplayıb.

Bununla paralel olaraq Moskva ətrafındakı Zveniqorod şəhərində gənclər arasında turnir keçirilib. Turnirdə Bakı Gimnastika Məktəbinin 7 idmançısı iştirak edib. Onlardan biri İlahə Məmmədova (2001-ci il təvəllüdlü) üçüncü yerə çıxıb. O, yalnız rusiyalı gimnastlardan geri qalıb. Digər gimnastlar öz yaş qruplarında 4-8-ci yerləri tutublar.

Yeni il ərəfəsində ənənəyə uyğun olaraq, ölkə yığmasının gimnastları bayram şousunda iştirak edəcəklər. "Şəhrizadın ən gözəl nağılı" adlı Yeni il bayramı dekabrın 26-da Bakı Olimpiya İdman Kompleksində ən kiçik tamaşaçıları toplayacaq.