18 dekabr 2018
Bu gün, Bakı Olimpiya Stadionunda İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2018” layihəsi üzrə tədbir keçirilib.
11 nominasiya üzrə mükafatçıların müəyyənləşdiyi tədbirdə Avropa Gimnastika İttifaqının prezidenti, 11 il Azərbaycan Gimnastika Federasiyasının Baş katibi vəzifəsində çalışmış Fərid Qayıbov “İlin idman xadimi” nominasiyasında qalib seçilib.
Qeyd edək ki, 6-ci ildir təşkil olunan sorğuda bu il 58 KİV nümayəndəsi iştirak edib.