17 yanvar 2018
Dünən, Bakıda AGF-nin yerli məşqçilər üçün təşkil etdiyi Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyası tərəfindən keçirilən kişi idman gimnastikası üzrə 1-ci dərəcəyə aid məşqçilik kursları start götürüb.
Həm nəzəriyyə, həm də təcrübə hissələrindən ibarət olan kurslarda biomexanika, anatomiya və psixilogiya mövzuları üzrə təlimlər FIG-nin mütəxəssisləri Levit Andrey (Polşa) və Franka Lourenso (Portuqaliya) tərəfindən keçirilir.
Yanvar ayının 23-nə qədər davam edəcək kurslarda 10 yerli məşqçi ilə yanaşı, Misirdən gəlmiş 3 məşqçi də iştirak edir. İmtahanlardan uğurla keçmiş nümayəndələr məşqçilik üzrə ilkin - 1-ci beynəlxalq dərəcəyə sahiblənəcəklər.