İdman

gimnastikadan

başlayır

FIG Dünya kubokunda üçüncü yarış günü – ilk final günü

07 mart 2026

FIG Dünya kubokunda üçüncü yarış günü – ilk final günü

İdman gimnastikası üzrə FIG Dünya Kubokunda üçüncü yarış günü – ilk final günü başa çatıb.

İlk final günündə gimnastlarımız Nikita Simonov və Dəniz Əliyeva mübarizə aparıblar. Təəssüf ki, onlar ilk üçlükdə yer ala bilməyiblər. Nikita Simonov halqalar proqramında 4-cü, Dəniz Əliyeva isə dayaqlı tullanmada 6-cı pillədə qərarlaşıb.

Sabah isə yarışın sonuncu – ikinci final günü keçiriləcək. Həmin gündə gimnastımız Aydın Əlizadə mübarizə aparacaq.

Qeyd edək ki, 5 mart tarixində start götürən yarış 8 mart tarixində yekunlaşacaq.