İdman

gimnastikadan

başlayır

Akrobatika gimnastikası üzrə B kateqoriyalı Dünya kuboku Veliki Novqorod (Rusiya)

10 avqust 2009

Akrobatika gimnastikası üzrə B kateqoriyalı Dünya kuboku Veliki Novqorod (Rusiya)

LOZANNA(İSVEÇRƏ), 7 avqust, 2009: 21-22 avqustda Veliki Novqorodda (Rusiya) keçiriləcək Dünya kuboku zamanı 2008-ci il dünya çempionları, 2009-cu il Dünya oyunarı qalibləri və bu yaxınlarda keçirilmiş Azadlıq kuboku qalibləri tərəfindən yüksək səviyyəli akrobatika çıxışları gözlənilir!

Qadın cütlükləri arasında tamaşaçılar 2008-ci il dünya çempionatının gümüş mükafatçıları və 2009-cu il Dünya oyunlarının qalibləri belçikalı Florens Henrist və Tatyana de Vosu, eləcə də hazırki dünya çempionları Alina Yuşko və Katsyarina Muraşkonu (Belarus) görəcəklər. Rusiyadan Qlazqonun bürünc mükafatçıları Rauşaniya Xakimova və Alyona Ploskova və Azərbaycandan Kaosyunqun gümüş mükafatçıları Ayla Əhmədova və Dilarə Sultanova tərəfindən güclü yarış gözlənilir. Bundan əlavə, Rusiyanın ikinci cütlüyü və eləcə də Çin və Almaniyadan olan cütlüklər unudulmamalıdır!

Kişi cütlükləri arasında Rusiyadan Qlazqo və Kaosyunqun gümüş mükafatçıları Konstantin Pilipçuk və Aleksey Dudçenko və onların həmyerliləri, 2008-ci il dünya çempionatının dördüncüləri Vyaçeslav Spirin və Stanislav Kotelnikov yer alırlar. Portuqaliyalı cütlük Joao Maia və Tiaqo Fegeyredo Sent Polda keçirilən Azadlıq kubokunun qalibi olmuşlar. Tamaşaçılar iki Çin cütlüyündən, Belarus, Qazaxıstan, Tacikistan və Moldovadan maraqlı çıxışlar gözləyə bilərlər.

Dünya çempionları və Kaosyunq Dünya oyunlarının qaliblərinin yoxluğunda, Belçikadan Kaosyunqun ikinciləri Culi Van Gelder və Menno Vanderqrote, eləcə də Rusiyadan Qlazqonun ikinciləri Anastasiya Qobartuk və Aleksandr Barlben Veliki Novqorodda favoritlər sırasında göstərilir. Qarışıq cütlüklərdə Rusiyanın iki cütlüyü ilə yanaşı Çin və Qazaxıstan cütlükləri qüvvələrini sınayacaqlar.

Dünya oyunlarının qalibləri və Qlazqonun ikinciləri Şayxutdinova, Stroynova və Loginova (RUS 1) qadın qrupları arasında seçilirlər, Belçikadan Kaosyunqun ikinciləri Vanstaen, Kroket və Van Hombeek onlardan geri qalmamağa çalışırlar. Qruplar arasında eləcə də Belarus, Çin, Fransa, Qazaxıstan qrupları və Rusiyanın ikinci qrupu yarışacaq.

Çinin kişi qrupu Rusiyanın üç qrupuna qarşı yarışacaq ki, bu qruplardan biri (RUS 3) 2008-ci il Qlazqoda keçirilən dünya çempionatında 4-cü yeri tutmuşdur.