İdman

gimnastikadan

başlayır

Bədii və akrobatika gimnastikası üzrə yarışların ilk günü

17 iyun 2015

Bədii və akrobatika gimnastikası üzrə yarışların ilk günü

Bu gün Milli Gimnastika Arenasında 1-ci Avropa Oyunları çərçivəsində bədii gimnastika və akrobatika gimnastikası üzrə yarışlara start verilib. Yarış nəticələrinə əsasən həm bədii gimnastika üzrə  qrup hərəkətləri komandaları arasında, həm də akrobatika gimnastikası üzrə qadın qrupu və qarışıq cütlüklər arasında finalçılar bəlli olub.

Əfsuslar olsun ki, bədii gimnastika üzrə yarışların nəticələrinə əsasən, qrup hərəkətləri komandamız müəyyən səbəblərə görə finalçılar sırasında olmadı.

Azərbaycanın akrobatika gimnastikası üzrə Aynur Hüseynova, Lalə Hüseynova və Nərmin Ramazanovadan ibarət qadın qrupu, həmçinin qarışıq cütlüyümüz – Anatoliy Leonov və Uliyana Diakova 21 iyun tarixində keçiriləcək hər iki finala vəsiqə qazandılar.