İdman

gimnastikadan

başlayır

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günü start götürüb (FOTO)

19 fevral 2016

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günü start götürüb (FOTO)

Bu gün Bakıda idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kuboku start götürüb.

Yarışlar 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçirilir.

Dünya Kubokunun təsnifat mərhələsinin ilk günündə kişilər sərbəst hərəkətləri, gimnastika atı və halqalar üzərində  çıxışlarını nümayiş etdirirlər. Qadınlar isə dayaqla tullanmada və parallel qollarda mübarizə aparırlar.

Azərbaycanı kişi gimnastikası üzrə yarışlarda Oleq Stepko və Petro Paxnyuk, qadınların yarışlarında isə dayaqla tullanmada Marina Nekrasova və Mariya Smirnova, paralel qollarda Yuliya İnşina və Marina Nekrasova təmsil edir.

Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 44 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Tamaşaçıların yarışlardan daha çox zövq alması üçün Kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar təşkil olunub.

 

“Trend” İnformasiya Agentliyi, 19 fevral 2016-cı il