İdman

gimnastikadan

başlayır

Batut gimnastikası üzrə FIG Dünya Kubokunun birinci günü

05 mart 2016

Batut gimnastikası üzrə FIG Dünya Kubokunun birinci günü

Bakıda ilk dəfə keçirilən batut gimnastikası üzrə FIG Dünya Kubokunun ilk günü təsnifat mərhələsi keçirildi.

Təsnifat mərhələsinin nəticələrinə əsasən qadınlar arasında fərdi çıxış proqramında Azərbaycan gimnastı Svetlana Makştarova finalda çıxış etmək hüququ qazandı. O, Sabina Zaytseva ilə birlikdə həmçinin qadınların sinxron proqramı üzrə final mərhələsində də ölkəmizi təmsil edəcək.

Kişilərdən ibarət sinxron cütlüklər arasında finalda isə idmançılarımız Dmitriy Fedorovskiy və Ruslan Ağamirov çıxış edəcəklər.

Batut gimnastikası üzrə FIG Dünya Kubokunun final mərhlələri yarışların sonuncu günü 6 mart tarixində baş tutacaq.