11 fevral 2015
Bu gün Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.
İclasda ötən ilin yekunları, maliyyə hesabatı, Elmi-tədqiqat qrupunun hesabatı, həmçinin Avropa Oyunlarına hazırlıq planı və digər önəmli məsələlər müzakirə olundu və təsdiq edildi.
İclasdan sonra İtaliya və Finlandiyadan olan gimnastların iştirakı ilə bədii gimnastika üzrə yığma komandanın yoxlama-məşq toplanışı keçirildi.