İdman

gimnastikadan

başlayır

ÇEMPİONAT ƏRƏFƏSİNDƏ BİRİNCİ YOXLAMA

16 avqust 2010

ÇEMPİONAT ƏRƏFƏSİNDƏ BİRİNCİ YOXLAMA

Moskvada bir ay sonra start götürəcək bədii gimnastika üzrə Dünya çempionatı yaxınlaşdıqca, Azərbaycan idmançıları "nəzəriyyədən praktikaya" keçiblər.

Beləliklə, səfalı Xorvatiyada 2 ay davam edən təlim-məşq toplanışlarını başa vuran gimnastlarımız, bütün dünyada "kiçik Paris" kimi tanınan Budapeştə yola düşüblər.

"Qarantika Kap" beynəlxalq turnirində Aliyə Qarayeva, Anna Qurbanova və Samirə Mustafayeva çıxış ediblər. "Avro-2010"nun bürünc mükafatçısının məşqçisi Dinarə Gimatovanın qeyd etdiyi kimi, onun yetirməsi müxtəlif növlərdə üç Rusiya idmançısından sonra 4-cü yeri tutub. Qurbanova 8-ci, Mustafayeva isə 11-ci olub.

"Bu, heç də təsadüfi deyil, - məşqçi deyir. - Məşqlər zamanı biz Dünya çempionatında göstəriləcək bütün proqramları yeniləşdirmişik, onlara mürəkkəblik və eyni zamanda, incəlik əlavə etmişik. Bu hərəkətləri Macarıstandakı turnirdə təkrarlayacağımız qərarına gəldik. Əlbəttə, hərəkətlərin yerinə yetirilməsində heç də hər şey ideal deyil, lakin ehtiyatımızda hələ bir ay və iki yoxlama turniri var. Həmin turnirlərdən biri avqustun sonunda İtaliyada keçiriləcək Dünya kubokunun mərhələsidir. Odur ki, ümid edirəm, tam forma şəklini Dünya çempionatı başlanan anda alacağıq”.

Azərbaycan qrup komandasının gəldikdə isə, qızlar öz məşqlərini Bolqarıstanda davam etdirirlər. Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva kollektivin Dünya çemponatında çıxış edəcək kompozisiyalarına (5 halqa və 3 lent / 2 iplə) düzəlişlər edib. Moskva çempionatı başlanmazdan əvvəl, son yoxlama sentyabrın əvvəlində İsraildə keçiriləcək yarış olacaq və elə orada da hərəkətlərinin ilk nümayişi keçiriləcək.

Bu günlərdə Sinqapurda start götürmüş Yeniyetmələrin I Olimpiya Oyunları sıyahısında Azərbaycan gimnastlarından heç kim olmasa da, ölkəmiz gənc gimnastların turnirində təmsil olunacaq. Daha dəqiq desək, beynəlxalq dərəcəli hakim Natalya Bulanova Oyunlarda gimnastların çıxışlarını qiymətləndirəcək hakimlərin siyahısına daxil olub.