İdman

gimnastikadan

başlayır

Flora Kərimova Milli Gimnastika Arenasında qonaq olub

06 fevral 2019

Flora Kərimova Milli Gimnastika Arenasında qonaq olub

Bu gün, Azərbaycanın xalq artisti, müğənni Flora Kərimova Milli Gimnastika Arenasında qonaq olub. Gimnastika növləri üzrə yığma komandaların üzvləri ilə görüşən görkəmli sənətkar, gimnastlarımızın ona ünvanladığı sualları böyük həvəslə cavablandırıb.

Səsi ilə hərzaman qəlblərə yol tapan, neçə-neçə əsərlərin mahir ifaçısı Flora xanım öz həyat və sənət təcrübəsini də gimnastlarla bölüşərək, onlara dəyərli məsləhətlər verib. Sonda milli komandaların üzvləri ilə xatirə şəkilləri çəkdirilib.