31 may 2008
Azərbaycanın bədii gimnastika üzrə yığma komandası 5-7 iyun tarixlərində İtaliyanın Turin şəhərində keçiriləcək XXIV Avropa çempionatında iştirak edəcək.
İndividual turnirdə ölkəni qarşıdan gələn Pekində keçiriləcək Olimpiya Oyunlarının iştirakçıları Aliyə Qarayeva və Dinarə Gimatova təmsil edəcəklər. Anna Qurbanova isə ehtiyatda olan gimnast kimi təsdiq olunmuşdur. Püşkatmaya əsasən onlar ən güclü qrupa – Rusiya, Ukrayna, Belarus və Bolqarıstanla birgə A qrupuna daxil omuşlar və xalça üzərinə bir-birinin ardınca – 7 və 8 sıra nömrəsi ilə çıxacaqlar.
İlk dəfə olaraq belə bir nüfuzlu idman forumunda iştirak edəcək Samirə Mustafayeva və Nigar Əbdüsəlimova özlərini yuniorlar arasında keçiriləcək yarışda sınayacaqlar. Əgər Samirə yuniorların lideridirsə, yığmanın məşqçilərinin fikrincə isə Nigar sonuncu yarışlarda və çempionat qabağı təlim-məşq toplanışlarında öz rəfiqələrindən daha yaxşı görünmüşdür. Püşkatmaya əsasən, onlar A qrupunda 4 nömrəsi altında yer almışlar.
Nəhayət, qrup komandaları arasında yarışlarda Azərbaycanı Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolovadan ibarət kvintet təmsil edəcək. Qarşıdakı Olimpiadanın daha bir neçə iştirakçısı Turin meydançasına birinci çıxacaqlar.
Bu, idman zalını inşa edən Yaponiya arxitektorunun şərəfinə adlandırılan və Turin-2006 Olimpiadası zamanı xokkey turnirini qəbul edən Olimpiya stadionunun yaxınlığında yerləşən Olimpic Palasport İsozaki kompleksinə, Avropanın 35 ölkəsindən 21 senior, 100 yunior və 16 qrup toplaşacaq.
Bu ilki Avropa çempionatının formatı ötən il Bakıda keçirilmiş Avro-2008-dən fərqlənir. Bu dəfə komanda hesabında Avropa çempionunu yuniorlar müəyyənləşdirəcəklər. Ona görə də, Mustafayeva və Əbdüsəlimovanın xalları nəinki ayrı-ayrı növlər üzrə finala vəsiqə ola bilər, hətta yekun cədvəldə yerlərin müəyyənləşməsində əhəmiyyətli rol oynaya bilər. Yeri gəlmişkən, Samirə Avropanın hakimlər kollegiyasının qarşısında 3 növ nümayiş etdirəcək: ip, halqa və top, Nigar isə lentlə çıxış edəcək.
Seniorlar və qruplar arasında yarışlara gəlincə isə, Qarayeva və Gimatova çoxnövçülüyün finalında medallar uğrunda mübarizə aparacaq, qrup komandamız isə 5 ip və 3 halqa/4 gürzlə 8 komanda arasında özünə yer qazanmamışdan əvvəl, mütləq birincilikdə çıxış edəcəkdir.
Turinə yollanacaq idman heyətini, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovun başçılığı ilə rəsmi nümayəndə heyəti müşayiət edəcək. Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, çempionat çərçivəsində Azərbaycan nümayəndə heyəti Avropa Gimnastika İttifaqı (UEG) rəhbərləri ilə, həmçinin qitə federasiyalarının başçıları ilə də bir sıra görüşlər keçirəcək.