İdman

gimnastikadan

başlayır

Gələcəyin ulduz gimnastları Goranboyda parladı

25 may 2025

Gələcəyin ulduz gimnastları Goranboyda parladı

23 və 24 may tarixlərində Goranboy Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə keçirilən 9-cu bölgələrarası kubok yarışı uğurla başa çatdı. Ölkənin müxtəlif bölgələrini - Abşeron, Ağdaş, Gəncə, Kürdəmir, Qax, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şəmkir, Şirvan, Şamaxı, Talaçay və Zaqatalanı təmsil edən 60-dan çox gimnast bu yarışda öz bacarıqlarını nümayiş etdirdi. 
Yarışın ilk günündə balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyasında çıxış edən idmançılar çoxnövçülük proqramı üzrə performanslarını təqdim etdilər.
İkinci gün isə təsnifat mərhələsində fərqlənən gimnastlar mükafatlandırıldı. 

Balacalar yaş kateqoriyası üzrə:
2015-ci il təvəllüdlülər: Zaqatala, Şəmkir və Naxçıvan;
2016-cı il təvəllüdlülər: I və II yerlər - Abşeron, III yer - Zaqatala;
2017-ci il təvəllüdlülər: I yer - Sumqayıt, II və III yerlər - Mingəçevir.

Yeniyetmələr yaş kateqoriyası üzrə:
2012-ci il təvəllüdlülər: Zaqatala, Abşeron və Ağdaş;
2013-cü il təvəllüdlülər: Zaqatala, Ağdaş və Şirvan;
2014-cü il təvəllüdlülər: Gəncə, Zaqatala və Naxçıvan.
Gənclər (2010-2011-ci il təvəllüdlülər) yaş kateqoriyasında: I və III yerlərə Zaqatala, II yerə isə Şirvan təmsilçiləri layiq görüldü.

Yarış zamanı gimnastlar yüksək motivasiya, peşəkar hazırlıq və estetik performanslarla seçildilər. Onların çıxışları bir daha göstərdi ki, bölgələrdə fəaliyyət göstərən idman məktəbləri ölkəmizin gimnastika gələcəyinə güclü töhfə verir.
Regionlarda gimnastikaya olan marağın ildən-ilə artması isə ölkəmizdə idmanın davamlı inkişafının bariz göstəricisidir.

Yarışın nəticələri ilə tanış olmak üçün link.