İdman

gimnastikadan

başlayır

Gənc idmançımızdan 3 medal 

27 iyun 2022

Gənc idmançımızdan 3 medal 

İyunun 25-26-da Macarıstanın Budapeşt şəhərində kişi idman gimnastikası üzrə gənclər arasında 7-ci Beynəlxalq Budapeşt Kuboku keçirilib. Yarışda ölkəmizi yığma komandamızın üzvləri Aydın Əlizadə, Rəsul Əhmədzadə, Anar Həsənov təmsil edib. 
Aydın Əlizadə sərbəst hərəkətlər və dayaqlı tullanmada gümüş, halqalar ilə hərəkətlərin icrasında isə bürünc medal qazanıb.