İdman
gimnastikadan
başlayır
27 iyul 2025
20-26 iyul tarixlərində Gənclərin Yay Olimpiya Festivalı keçirilib.
Festivalda ölkəmizi idman gimnastikası üzrə milli komandanın üzvləri - Rafael Həsənov, Albina Əliyeva, Aynaz Məcidzadə və Leyla Məmmədzadə təmsil ediblər.
Bu yarışda gimnastika tariximizdə ilk dəfə olaraq qadın idman gimnastikası üzrə komandamız 3 gimnastla çıxış edib.
Albina Əliyeva dayaqlı tullanma proqramında 35 ölkənin ən güclü gimnastları arasında final mərhələsinə yüksələrək tarixə düşüb. Təəssüf ki, gimnastımız finalda ilk üçlükdə yer ala bilməyib.
Gimnastlarımıza bu mötəbər yarışda nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, gələcək yarışlarda onlara uğurlar arzulayırıq!