İdman

gimnastikadan

başlayır

Gimnastika ailəsinin yeni üzvləri - Cilli və Tilli

19 aprel 2024

Gimnastika ailəsinin yeni üzvləri - Cilli və Tilli

Gimnastika ailəsinin yeni üzvləri Cilli və Tilli, Dünya kubokunun açılış mərasimində ictimaiyyətə təqdim olunub.

Artıq bir müddətdir ki, ailəmizə yeni qoşulacaq 2 yeni maskotun, “Ceyran” və “Tülkü”-nün adları ilə bağlı təkliflər almaq üçün İnstaqram səhifəmizdə dəyərli izləyicilərimizə səsləndik. Bir-birindən fərqli, kreativ və innovativ təkliflər aldıq. Son olaraq maskotlarımızı əsl nağıl qəhrəmanları obrazında canlandıracaq adları seçməyə qərar verdik. İcazə verin, cazibədar və dinamik duetimiz Cilli və Tilli ilə sizi tanış edək. Onlar öz zərifliyi, çevikliyi və hədsiz enerjisi ilə ölkəmizdə keçiriləcək yarışlarda tamaşaçıları ovsunlamağa və idmançıları ruhlandırmağa hazırdırlar!

Qeyd edək ki, Cilli və Tilli artıq öz ilk çıxışlarını bədii gimnastika üzrə Bakıda keçirilən Dünya kubokunun açılış mərasimindən öncə etdilər. Onlar yarışın ilk günündə hər bir tamaşaçıya öz müsbət enerjilərini ötürdülər.

Cilli, Tilli... sizi gimnastika ailəmizdə görməyə çox şadıq!