İdman

gimnastikadan

başlayır

Gimnastımız Avropa çempionatında 5-ci olub 

17 aprel 2023

Gimnastımız Avropa çempionatında 5-ci olub 

Dünən Türkiyənin Antalya şəhərində idman gimnastikası üzrə 10-cu Avropa çempionatına yekun vurulub. Yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri, kişilər arasında Nikita Simonov, İvan Tixonov və qadınlar arasında Nazənin Teymurova, Samirə Qəhrəmanova təmsil eidblər. Komandamızın üzvləri arasında ən yaxşı nəticəni Nikita Simonov qazanıb. O, fərdi proqramda halqalar ilə hərəkətlərin icrasında təsnifat mərhələsində altıncı nəticə (14.666 xal) göstərib.
Finalda gimnastımız, 14.566 xal toplayaraq beşinci yeri tutub.