İdman

gimnastikadan

başlayır

Gimnastımız ilin idmançısı seçilib 

26 dekabr 2021

Gimnastımız ilin idmançısı seçilib 


Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AIPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 25 yaşının tamam olduğu yubileyi ilində müxtəlif nominasiyalar üzrə qaliblərin adlarını açıqlayıb.

Sevindirici haldır ki, Azərbaycan Gimnastika Federasiyasının təmsilçisi də fərqlənənlər sırasında yer alıb.

Belə ki, Yay Universiadasının ikiqat gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı, Azərbaycanı gimnastika tarixində Tokio Olimpiya Oyunlarında təmsil etmiş ilk azərbaycanlı gimnast Zöhrə Ağamirova ilin idmançısı adına layiq görülüb.
Gimnastımızı təbrik edir, ona qarşıdakı illərdə yeni nailiyyələr arzu edirik.