İdman

gimnastikadan

başlayır

Gimnastımız Sloveniyada dünya kubokunda iştirak edib

06 sentyabr 2021

Gimnastımız Sloveniyada dünya kubokunda iştirak edib

2-5 sentyabr tarixlərində Sloveniyanın Koper şəhərində idman gimnastikası üzrə ənənəvi dünya kuboku təşkil edilib.

Bu yarışda Azərbaycan təmsilçisi, qadın idman gimnastikası üzrə yığma komandanın üzvü Milana Minakovskaya da iştirak edib.

Böyük gimnastlar arasında bu ildən çıxış etməyə başlamış Milana kubokda 2 alət üzrə yarışıb. O, müxtəlif hündürlüklü qollarda 17, gimnastika tirində isə 24-cü olub.