İdman

gimnastikadan

başlayır

Gimnastlarımız İspaniyada keçirilən beynəlxalq turnirdə çıxış ediblər

23 iyun 2025

Gimnastlarımız İspaniyada keçirilən beynəlxalq turnirdə çıxış ediblər

20-22 iyun tarixlərində İspaniyanın Cunit şəhərində aerobika gimnastikası üzrə beynəlxalq turnir keçirilib. Turnirdə aerobika gimnastikası üzrə təmsilçilərimiz fərdi, qrup, qarışıq cütlük, üçlük və aerodans proqramları üzrə çıxış ediblər.

Fərdi proqramda:
Ayan Ağayeva
Mehin Mustafazadə
Aydan Məlikova
Arif Məmmədzadə

Qrup proqramında:
Ayan Ağayeva, Hüsna Rzayeva, Təhminə İbrahimova, Ayan İskəndərli və Rəna Məmmədova

Qarışıq cütlük proqramında:
Arif Məmmədzadə və Səma Hacızadə

Üçlük proqramında:
Sevda Sadıqlı, Bəsti Talıblı, Aylin Quluzadə
Mehin Mustafazadə, Hüsna Rzayeva, Nuray İsayeva
Təhminə İbrahimova, Ayan Talıbova, Ayan İskəndərli

Aerodans proqramında:
Sevda Sadıqlı, Bəsti Talıblı, Aylin Quluzadə, Aylin Nuri, Nuray İsayeva, Ayan Talıbova, Ayan İskəndərli və Rəna Məmmədova

Turnirdə ölkəmizi təmsil edən gimnastlardan yalnız Arif Məmmədzadə fərdi proqramda 14.050 xalla bürünc medal qazanaraq nəticə ilə yadda qalıb. Digər gimnastlarımız da bacarıqlarını nümayiş etdirməyə çalışsalar da, mükafatçılar sırasında yer ala bilməyiblər.

Gimnastlarımıza növbəti yarışlarda uğurlar arzu edirik!