İdman

gimnastikadan

başlayır

Gimnastlarımız Avropa Gənclər Olimpiya Festivalında iştirak ediblər

31 iyul 2023

Gimnastlarımız Avropa Gənclər Olimpiya Festivalında iştirak ediblər

23-29 iyul tarixlərində Sloveniyanın Maribor şəhəri XVII Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edib.  48 ölkədən 3 minə yaxın atletin 11 idman növü üzrə mübarizə apardığı festivalda idman gimnastikası üzrə yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri Aydın Əlizadə, Aytən Məmmədova və Duyğu Məcidzadə təmsil edib.  
İdman gimnastikası üzrə yarışların ilk günündə həm çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə fərdi çıxışlar baş tutub. Komandamızın üzvü Aydın Əlizadə dayaqlı tullanma və sərbəst hərəkətlər proqramında çıxışını nümayiş etdirib. Dayaqlı tullanmada gimnastımız 52-ci pillədə qərarlaşıb. Aytən Məmmədova və Duyğu Məcidzadə çoxnövçülük proqramında müfaviq olaraq 62-c və 64-cü pillələrdə qərarlaşıblar.