İdman

gimnastikadan

başlayır

Gimnastlarımız beynəlxalq turnirlərdə uğurla çıxış ediblər

27 oktyabr 2025

Gimnastlarımız beynəlxalq turnirlərdə uğurla çıxış ediblər

20-22 oktyabr tarixlərində Moldovanın Kişineu şəhərində aerobika gimnastikası üzrə “Open Cup 2025” turniri keçirilib. Yarışda ölkəmizi təmsil edən gimnastlarımız yüksək nəticələr göstəriblər.
Fərdi proqramda Hüseyn Kərimzadə 16.134 xalla 1-ci, Fərid Cəfərov isə 16.034 xalla 2-ci yerə layiq görülüblər.
Üçlük proqramında Bejanova Leyla, Ağayeva Arzu və Quliyeva Xədicədən ibarət komanda 18.333 xalla, Mustafayeva Əminə, Soltanova Umleyla və Cəfərov Fəriddən ibarət komanda isə 17.267 xalla 1-ci yeri tutub.

22-27 oktyabr tarixlərində Portuqaliyanın Loule şəhərində batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir baş tutub. Yarışda gimnastlarımızdan Sənan Rzazadə 22.500 xalla 1-ci, Əsnad Niftiyeva isə 18.200 xalla 3-cü yerin sahibi olublar.

23-27 oktyabr tarixlərində Belçikanın Melsele şəhərində keçirilən idman gimnastikası üzrə “Wase Gymcup” beynəlxalq yarışında da gimnastlarımız uğurlu çıxış ediblər. Qadın gimnastımız Lalə Zamanlı çoxnövçülükdə 42.266 xalla, kişi gimnastımız Mahir Səlimov isə 11.700 xalla 3-cü yeri qazanıblar.

Gimnastlarımızı təbrik edirik.