İdman

gimnastikadan

başlayır

Gimnastlarımız Çində keçiriləcək mötəbər yarışlarda mübarizə aparacaqlar

12 noyabr 2026

Gimnastlarımız Çində keçiriləcək mötəbər yarışlarda mübarizə aparacaqlar

11-15 noyabr tarixlərində Çinin Nankin şəhərində batut gimnastikası və tamblinq üzrə gənclər arasında Dünya çempionatı və Dünya Yaş Qrupları yarışları keçiriləcək. Təmsilçilərimiz müxtəlif yaş kateqoriyalarında fərdi, sinxron və ikili mini-batut proqramlarında öz qüvvələrini sınayacaqlar.

Batut gimnastikası üzrə 13–14 yaş kateqoriyasında Muhamməd Həsənli, Ömər Qasımlı, Aylin Ağazadə və Melisa İsmixanova; 15–16 yaş kateqoriyasında Ammar Baxşalıyev, Samirə Hüseynova və Səma Cəfərova; 17–21 yaş kateqoriyasında isə Əli Niftəliyev, İbrahim Mustafazadə, Nicat Mirzəyev, Hüseyn Abbasov, Mehdi Əliyev, Ayan Şabanova, Şəfiqə Hümbətova və Fərhad Vəliyev ölkəmizi təmsil edəcəklər.
Tamblinq üzrə 11–12 yaş kateqoriyasında Əsnad Niftəliyeva və Fatimə Yusubova, 13–14 yaş kateqoriyasında Sənan Rzazadə və Xədicə Məmmədova, 15–16 yaş kateqoriyasında İlham Məsimov, 17–21 yaş kateqoriyasında isə Bilal Qurbanov və Hüseyn Əsədullayev mübarizə aparacaqlar.

Yarışın ilk günündə batut gimnastikası üzrə kişilərin sinxron proqramında Ömər Qasımlı və Muhamməd Həsənli 44.050 xalla 8-ci pillədən final mərhələsinə yüksəlməyi bacarıblar.

Gimnastlarımıza finalda uğurlar arzulayırıq!